Rəhim Rəhimlinin və Beyonsun mahnısı bir səhnədə
Bizi izləyin

Tabloid.az

Rəhim Rəhimlinin və Beyonsun mahnısı bir səhnədə

17-18 may tarixlərində Bolgarıstanın Varna şəhərində keçiriliəcək Discovery İnternational Pop Music Festivalda Azərbaycan da təmsil olunacaq.

Məlum olduğu kimi bu il müsabiqədə ölkəmizi tanınmış müğənni Kəmalə Qaramollayeva təmsil edəcək. Artıq bir neçə müsabiqədə iştirak etmış gənc müğənni fesitval günlərində iki mahnı ilə çıxış edəcək. Beləki müsabiqənin birinci günü iştirakçılar dünya hiti, ikinci gün isə öz repertuarlarından musiqi ifa edəcəklər. Kəmalə ilk gün Beyonsun repertuarından "Listen", ikinci gün isə bəstəsi Rəhim Rəhimliyə aid "Aman" adlı mahnını ifa edəcək.

Qeyd edək ki, artıq 23 ildir keçirilən Discovery Pop Music Festivalın səhnəsində vaxtilə Filip Kirkorov, İngrid, Sunstroke Proməhşur ulduzlar yarışıb.

Zəminə

Oxumağa davam et
Reklam
Reklam

Gündəm