• USD 1,7430 0,00% EUR 1,8487 0,00%
    • GBP 2,1929 0,00% RUB 0,0275 0,00%

Azərbaycanda görünməmiş layihə -Fotolar

Azərbaycanda görünməmiş layihə   -Fotolar

Bakı Film İnstitutu (BFİ) “Aktyor və kamera” layihəsinə start verib.

Layihə çərçivəsində Azərbaycanın məşhur aktyorlarının ustad dərsləri təşkil olunur. Bu barədə Publik.az-a açıqlamasında BFİ-nin rəhbəri Fehruz Şamıyev məlumat verib. Onun sözlərinə görə, layihənin həyata keçirilməsində məqsəd aktyor sənəti ilə maraqlanan gəncləri bir araya toplamaq, onlara bu sənətin incəliklərini mütəxəssislərin dilindən çatdırmaqdır:

“ Dərslərdə aktyor sənətinin incəlikləri, müasir aktyor texnologiyası, kamera önündə aktyorun işi, aktyor və tamaşaçı münasibətləri diqqətdə saxlanılır. Bundan başqa dərslərimizə qatılan hər bir gənc biləcək ki, aktyor özünü formada necə saxlamalı, çəkilişə necə sürətlə hazırlaşmalıdır. Düşünürəm ki, bu sənətlə maraqlanan, aktyor olmaq istəyən, yaxud da ilk addımlarını atan gənclər üçün lazımlı və vacib ustad dərsləridir. Bunu həm də artıq təşkil olunan iki master-klassın nəticələrinə əsaslanaraq deyirəm. Onu da xüsusi ilə qeyd etmək istəyirəm ki, gənclər master-klasslarda heç bir ödəniş olmadan iştirak edə bilərlər”.

Qeyd edək ki, “Aktyor və kamera” layihəsi çərçivəsində Rasim Cəfər, BFİ-nin masteri Qurban Məsimovun ustad dərsləri artıq başa çatıb. May ayının 16-da isə məşhur aktyor Şövqi Hüseynovun ustad dərsi keçiriləcək.

Məlumat üçün bildirək ki, BFİ-də kinoprodüser, kinossenarist, kinorejissor və aktyor kursları fəaliyyət göstərir, yerli və xarici kino mütəxəssislərinin ustad dərsləri təşkil olunur.

Cəvahir Səlimqızı

Xəbər lenti

DAHA ÇOX XƏBƏR