Fədayə Laçın Tacirlə məhrəm münasibətindən danışdı
Bizi izləyin

Tabloid.az

Fədayə Laçın Tacirlə məhrəm münasibətindən danışdı

Müğənni Tacir Şahmalıoğlu “Düz üzünə” verilişində uzun illər duet ortağı olduğu Fədayə Laçınla yaxın münasibətindən danışıb. O, həmkarı ilə qadın-kişi münasibətlərinin olduğunu etiraf edib. Fədayə Laçın Teleqraf.com-a müsahibəsində məsələyə münasibətini bildirib.

- Tacir Şahmalıoğlu efirdə deyib ki, onunla 6 il sevgili olmusunuz…

- O vaxt aramızda belə bir şey olub. Bu münasibəti bütün Azərbaycan bilirdi… Bu məsələləri qurdalamağın, üzə çıxarmağın, qabartmağın heç yeri deyil. Çünki mən qalmaqaldan uzaq adamam. Amma Taciri qınamıram. Sualı jurnalist verib. Əgər o, yalan danışsaydı, yaxşı olmazdı. Çünki bütün Azərbaycan bizim münasibətimizi bilirdi. Ona görə də o, məcbur olub bu haqda danışıb. Artıq bunların üzərindən 10 il keçib. Mən də, Tacir özü də qalmaqaldan uzaq adam olmuşuq. İndi bizi davaya çəkmək istəyirlər. Amma mən buna gedən deyiləm. Heç kimlə düşmənçilik, özümə isə baş ağrısı istəmirəm. Məni sənətim maraqlandırır. Bilirəm ki, məni sevənləri də elə yaradıcılığım maraqlandırır. Onsuz da heç kim keçmişini unuda bilməz və unutmur da. Hamının keçmişində səhvi olur. Amma indi istəmirəm ki, bu söhbətlər qabardılsın. Çünki 19 yaşında oğlum var. Bütün həyatımı, varlığımı övladıma həsr etmişəm. İstəmirəm ki, övladım üçün pis olsun, onun psixologiyası pozulsun. Ona görə də bu söhbətlərə bir cavabım var: onsuz da bu qalmaqala getməyəcəyəm.

- Tacir Şahmalıoğlu iddia edib ki, onunla duet ortaqlığına son qoyduqdan sonra populyarlığınıza da son qoyulub...

- Xeyr, əvvəlkindən də populyaram. Məni hamı tanıyır, sevir. Toylarım da var. Pis səslənməsin, bəzi müğənnilər deyir ki, mənim “kalendarnı” toyum var. Düzdür, mənim toylarımın “kalendarnı” deyil. Ancaq məni xalq yadından çıxarmır, toylarına da aparır. Həm də məni sənətim tanıdıb. Özümü reklam eləməmişəm. Bəli, Tacirlə birgə duetlərimiz “tutmuşdu”. Amma ayrılanda onun da, mənim də sənət həyatımızda bir balaca durğunluq yarandı. Çünki camaat bizi duet ortağı kimi qəbul eləmişdi. Onu da deyim ki, bizi indi də duet ortağı kimi toylara aparırlar. Camaat indi də bizi toylarda bir yerdə istəyir. Onunla da, mənimlə də ayrı-ayrılıqda qiymət danışırlar. Xəbərsiz gedirik, toyda bir-birimizi görürük. Yəni ki, bir-birimizdən xəbərsiz toyda oluruq. Bu da çox normaldır, çünki digər oxuyanlarla münasibətim necədirsə, Tacirlə də elədir.

- Yenidən duet oxumaq istəyiniz var?

- Yox, elə bir planımız yoxdur. Bəlkə də nə vaxtsa ola bilər, biz Tacirlə düşmən deyilik. O, çox böyük ifaçıdır, sənətkardır. Mən ondan çox şey öyrənmişəm. Yəni həyatdır, hər şey ola bilər. Bunda qəbahət olmasa da, hələ ki, belə bir planımız yoxdur.

- Tacir Şahmalıoğlu onu da deyib ki, o, sizi deyil, siz onu sevmisiniz. Bu, doğrudan belə olub?

- Tacir özü qəşəng bilir ki, aramızda sevgi olub, ya yox. Hər halda sevgi olmasaydı, Tacir kimi adamla 6 il yaşamaq olmazdı.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm