
Elmira Ələkbərzadə həyat yoldaşı ilə münasibətlərindən danışıb.
Dediyinə görə, həyat yoldaşı ilə aralarında dostluq münasibəti var: “Biz dostuq, büdcəmiz də birdir. Bazarlığı da hərdən mən edirəm, hərdən o, xüsusi gözləmirik ki, bazarlığı hansımızsa edəcəyik.
Hərdən mənə elə gəlir ki, biz ər-arvad yox, dostuq. Bütün məsələləri dostyana müzakirə edirik, qərarlarımızı birgə veririk. Söz yox ki, ideal ailə yoxdur, hər ailədə söz-söhbət olur. Amma əsəbiləşib evdə boşqab sındıran olmayıb”.
Cəvahir Səlimqızı