• USD 1,7369 0,00% EUR 1,8716 +0,49%
    • GBP 2,1974 -0,10% RUB 0,0274 +0,73%

Azərbaycanlı müğənninin nikahdankənar qızı üzə çıxıb

Azərbaycanlı müğənninin nikahdankənar qızı üzə çıxıb

Bu gün bəzi saytlarda müğənni Elçin Cəfərovun nikahdankənar qızı olması haqda xəbərlər yayılıb.

Həsrət Nəcimzadə adlı xanım sənətçinin övladının atası olduğunu iddia edib. O, müğənninin ev şəraitində çılpaq halda çəkilmiş şəklini paylaşaraq “Sizcə, bu kimdir? Dəyərli müğənni, yoxsa dəyərli ata?” sözlərini yazıb. Məsələylə bağlı ifaçının mətbuat xidməti bəyanat yayıb:

“Bir çox xəbər portallarında yayımlanan xəbərə görə, H.N. adlı şəxs iddia edib ki, Elçin Cəfərovla illər öncə qeyri-rəsmi münasibətdən qız uşağı dünyaya gətirib. Həmçinin iddia edir ki, Elçin Cəfərov bu uşaqdan imtina edir və təzminat ödəməkdən boyun qaçırır. Bu səbəbdən də onu məhkəməyə verdiyini açıqlayıb. Bununla kifayətlənməyib Elçin Cəfərovun ev şəraitində çəkdirdiyi şəkli sosial mediada paylaşıb. İlk öncə diqqətinizə çatdırmaq istəyirik ki, H.N. bu iddiasını əsaslandırmaq üçün DNA analizinə getməli və bunu sübut etməlidir. Bu, Elçin Cəfərov tərəfindən həmin şəxsə aylar öncə təklif edilib və deyilib ki, əgər uşaq həqiqətən Elçin Cəfərova aiddirsə, o zaman köməklik göstərməkdən boyun qaçırmayacaq. Amma nədənsə H.N. bu addımı atmaqdan çəkinib. Maraqlıdır, təzminat almaq istəyən şəxs, övladının gələcəyini və sağlamlığını düşünən qadın, nəyə görə bu təşəbbüsdən boyun qaçırır? Və ümumiyyətlə, hansı özünə hörmət edən “ana”, atasız övlad dünyaya gətirməyə razı ola bilər?!

Daha sonra H.N. iddia edir ki, Elçin Cəfərovu bu məsələylə bağlı məhkəməyə verib. Onu da qeyd edək ki, H.N. məhkəməyə şikayət ərizəsiylə ilk dəfə bu ilin fevralında müraciət etdiyini, şəxsən Elçin Cəfərovun mətbuat katibi Kazım Sübhanla yazışmasında ona bildirib. Amma nədənsə indiyə kimi Elçin Cəfərova iddiayla bağlı məhkəmədən heç bir müraciət gəlməyib. Əgər H.N. tərəfindən ortalığa atılan bu iddia doğrudursa, o zaman nəyə görə hələ də məhkəmə prosesi başlamayıb?!

Və nəhayət şəkillə bağlı qaranlıq qalan məqama açıqlama gətirmək istəyirik. Bəli, bu foto Elçinin xəbəri olmadan çəkilib və müğənniyə aiddir. O, bunu təkzib etmir. Bir çoxlarımızın ev şəraitində çəkilən buna bənzər fotoları yəqin ki, mövcuddur. Bu cür şəkil çəkdirmək yox, onu şəxsi mənfəətlərinə görə ictimaiyyətə yaymaq əxlaqsızlıqdır. Və nəhayət dediklərimizi əsaslandırmaq üçün sizə H.N. və Kazım Sübhan arasında fevralda reallaşan yazışmanın fotosunu göndəririk. Bununla da məsələnin açıqlığa qovuşacağını ümid edirik. Əks təqdirdə, H.N. məhkəmə qarşısında, Elçin Cəfərova vurduğu mənəvi zərərə görə cavab verməli olacaq”.

Xəbər lenti

DAHA ÇOX XƏBƏR