Kann kinofestivalı başlandı: Azərbaycanla Türkiyə favoritdir - FOTOSESSİYA
Bizi izləyin

Tabloid.az

Kann kinofestivalı başlandı: Azərbaycanla Türkiyə favoritdir - FOTOSESSİYA

Fransanın Kann şəhərində ənənəvi, bu il 67-ci beynəlxalq kinofestival başlanıb.


Festivalda tamaşaçıların görəcəkləri ilk film "Grace Of Monaco" lenti olacaq. Monako knyazı 3-cü Renenin xanımı olmuş mərhum Hollivud aktrisası Qreys Kellidən bəhs edən bu filmdə baş rolda avstraliyalı Nikol Kidman oynayır. Film müsabiqədən kənar nümayiş olunur.

Monakonun kral ailəsi lenti Rene və Qreys Kelli arasındakı məhəbbət rəvayətini tərsinə təqdim etməkdə suçlayaraq filmin nümayişinə qatılmayıb. Builki Kann kinofestivalının rəsmi posteri Federiko Fellinin 1963-cü ildə çəkdiyi və italyan kinosunun əfsanəsi Marçello Mastroyaninin baş rolda oynadığı "8 1/2" filmindəki kadrdan ibarətdir.

Kann kinofestivalının təntənətli açılış və qapanış mərasiminin aparıcısı fransız aktyor Lamber Vilsondur.

Festivalın əsas mükafatı olan "Qızıl palma budağı"na bu il 11 ölkədən 18 film iddialıdır.


Qısametrajlı filmlər nominasiyasında Rusiya və Azərbaycanın birgə istehsalı, baş rejissoru Sergey Pikalov olan "Sonuncu" lenti də mübarizə aparacaq.

Kann kinofestivalının münsiflər heyətində Sofiya Koppola, Karol Buke, Uillem Defo, Nikol Kidman və Tim Rot təmsil olunublar.


12 gün ərzində 100 ölkədən 4 minə yaxın filmin göstəriləcəyi kinofestivalda "Qızıl palma budağı"na əsas namizəd türk rejissor, "türk Tarkovski" adlandırılan Nuri Bilge Ceylanın "Kış uykusu" lenti sayılır.


Festival mayın 25-dək davam edəcək./milli.az

Oxumağa davam et
Reklam
Reklam

Gündəm