Muzeylərə giriş pulsuz olacaq
Bizi izləyin

Tabloid.az

Muzeylərə giriş pulsuz olacaq

18 may - Beynəlxalq Muzeylər Günü münasibətilə mayın 18-də respublikanın bütün muzeylərində "Açıq qapı" günü elan ediləcək.

Publika.az Mədəniyyət və Turizm Nazirliyinin saytına istinadən məlumat verir ki, hər il olduğu kimi, bu il də Beynəlxalq Muzeylər Günü ərəfəsində respublika muzeylərində müxtəlif tədbirlərin təşkili və Fransanın Mədəniyyət və Kommunikasiya Nazirliyinin çağırışına qoşularaq "Muzeylər Gecəsi" aksiyasında iştirak nəzərdə tutulub.

Mayın 16-da Azərbaycan Milli İncəsənət Muzeyində Bakı şəhərinin və yaxın rayon muzey və qoruq muzeylərinin, eləcə də əlaqəli təşkilatların iştirakı ilə təntənəli bayram tədbiri keçiriləcək. İlk dəfə olaraq "Azərbaycan Muzeyləri" informasiya bülleteninin birinci nömrəsi təqdim olunacaq. Muzey fondlarında qorunub saxlanılan eksponatların köynək və şarlar üzərində hazırlanmış reproduksiyaları iştirakçılara paylanacaq.

Tədbirdə Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyinin nəzdində fəaliyyət göstərən Qədim Musiqi Alətləri Ansamblı çıxış edəcək. "British Petrolium" neft şirkətinin dəstəyi ilə Azərbaycan Milli İncəsənət Muzeyi tərəfindən elan edilmiş "Azərbaycan incəsənəti fotoqrafların gözü ilə" adlı müsabiqənin nəticələrinə görə mükafatların təqdimatı və müsabiqə iştirakçılarının fotolardan ibarət sərgisi nümayiş olunacaq.

Mayın 17-də Qala Qoruğu Arxeoloji Etnoqrafik Muzey Kompleksində "Muzeylər Gecəsi" aksiyasında Bakı və digər region muzeylərinin iştirakı ilə geniş bədii, musiqili, əyləncəli tədbirin keçirilməsi, qoruğun sahəsi üzrə müxtəlif muzeylərin səyyar sərgilərinin təqdimatı nəzərdə tutulub. Aksiya çərçivəsində bütün respublika muzeylərində "Açıq qapı" günü elan ediləcək.

Muzeylərin iş vaxtı gecə saat 01:00-dək uzadılacaq.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm