Natəvan canlı yayımda Tolik və Aygünə nələr dedi?
Bizi izləyin

Tabloid.az

Natəvan canlı yayımda Tolik və Aygünə nələr dedi?

Müğənni Natəvan Həbibi canlı yayımda Tolik və Aygün Kazımovanın cavabını verib.

Publika.az-ın məlumatına görə, müğənni xanım “Biq şou” proqramında ona paxıllıq edən və buna görə də ağızlarına gələni danışan Tolik və Aygün Kazımovanı xəstə adlandırıb: ”Onlar xəstə insanlardır ki, başqasına paxıllıq edirlər. Normal insanlar heç vaxt paxıllıqdan belə etməzlər. Onların fikri-zikri mənim ayağımın altını qazmaqdır. Buna görə də öz işlərində qabağa gedə bilmirlər”.

Natəvan onu da bildirib ki, konsertqabağı telefonları əlindən alınıb və bir çox şərtlər qoyulub: “Prodüserim telefonlarımı aldı ki, fikrim yayınmasın, əsəbiləşməyim. Soyuq su içməyə, dorndurma yeməyə, tum çırtlamağa icazə vermirlər. Əslində mən tum çırtlayanda səsim açılır” .

Cəvahir Səlimqızı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm