• USD 1,7430 0,00% EUR 1,8487 0,00%
    • GBP 2,1929 0,00% RUB 0,0275 0,00%

Soma "Möhtəşəm yüz il"ə məğlub oldu

Soma "Möhtəşəm yüz il"ə məğlub oldu

Türkiyədə Manisa vilayətinin Soma rayonunda baş vermiş mədən faciəsi ilə əlaqədar olaraq ölkədəki televiziya kanallarının proqramlarında dəyişiklik edilib.

Qəza baş verən vaxt mədəndə 700-dən artıq işçi olduğu, onlardan 283 fəhlənin öldüyü təsdiqlənib.

Hökumət tərəfindən ölkədə 3 günlük matəm elan edilməsilə televiziya proqramlarında da dəyişiklik edilərək, əyləncəli verilişlərin dayandırılması qərarı verilmişdi.

Kanal D, Atv, AHaber və Fox Tv kimi bəzi televiziyalar əsas xəbər bülletenlərini Somaya həsr ediblər. Ötən gün ərzində xəbər kanalları Soma ilə əlaqədar xüsusi verilişlər hazırlasa da, reytinq hesabatında yenə seriallar ilk sıralarda yer alıb.

"Möhtəşəm Yüzil" serialının əvəzinə yayımlanan "Möhtəşəm Yüzil Gizli Dünya" adlı sənədli film siyahının ilk pilləsinə, Star TV-nin "Beni Affet" serialı isə ikinci sırada qərarlaşıb. Hesabatda Soma ilə əlaqəli verilişlər və canlı yayımla xəbərlər təqdim edən Habertürk , CNN Türk, Ölkə TV, Kanal 24, NTV, A Haber kimi xəbər kanalların isə ilk iyirmiliyə girə bilməməsi diqqət çəkib.



Anspress

Xəbər lenti

DAHA ÇOX XƏBƏR