Rihanna 57 min dollarlıq telefonun başına “daş saldı” - Foto
Bizi izləyin

Tabloid.az

Rihanna 57 min dollarlıq telefonun başına “daş saldı” - Foto

Keçən cümə müğənni Rihanna Los-Ancelsdə keçirilən basketbol matçında iştirak edib.

Rihannanın yanında şəhər polis departamentinin başçısı Stiv Soboroff oturub. Müğənni polis şerifi ilə bir neçə şəkil çəkdirib. Çəkdirdikdən sonra şəkillərə baxmaq istəyən Rihanna Stiv Soboroffun telefonunu əlindən yerə salıb. Yaranmış xoşagəlməz haldan müğənni utanaraq üzr istəyib.

Stiv Soboroffun isə ağlına bu xoşagəlməz situasiyanı xeyriyyə cəmiyyəti üçün istifadə etmək gəlir. Rihannanın razılığı ilə polis başçısı sınmış telefonu internetdə hərraca çıxarıb. Toplanmış vəsait Kadet Akademiyasında təhsil alan tələbələrə ayrılacaq.

Rihanna isə sınmış telefonun arxasında imzasını qoymaqla yanaşı qeyd də yazıb: “Bağışlayın, mən Los-Ancels polis departamentinin rəisini çox sevirəm”.

Nura

Oxumağa davam et
Reklam
Reklam

Gündəm