Üzdəniraqların qayğısından uzaq qalmış Xalq artisti
Bizi izləyin

Tabloid.az

Üzdəniraqların qayğısından uzaq qalmış Xalq artisti

Üzdəniraqların qayğısından uzaq qalmış Xalq artisti

Azərbaycan kino rejissoru, Azərbaycanın xalq artisti, aktyor, ssenari müəllifi, təcrübəçi rejissor, film səsləndirən, Ramiz Əzizbəylinin səhhəti pisləşdiyi xəbərini vermişdik.

Publika.Az xəbər verir ki, aktyorun tamamilə ayaqları tutulub, yataq xəstəsinə çevrilib.

“Ölməyimi gözləyirlər, ölüm sonra başıma and içsinlər. Səhhətimdə ciddi problemlər var, əməliyyat olunmalıyam, amma hansı pulla? Prezident təqaüdü də vermirlər ki, gedim halal qazancımla əməliyyat olunum.

Əlaqədar qurumlara yaxın düşə bilmirəm ki, dərdimi açım deyim” kimi aktyorun bu ifadələri sosial şəbəkə də böyük müzakirəyə səbəb olub. Gənc ifaçı Elnarə Xəlilova və rep ifaçısı Anar Nağılbaz məsələyə münasibət bildirərək belə deyirlər:

“ Allah şəfa versin Ramiz müəllim. Siz gözəl sənətkar və çox dəyərli insansınız. Çox təəssüf ki, tükənirsiz və qayğılardan uzaq qalmısız. Zəmanənin və üzdəniraqların qayğısından uzaq qalmısız”.

“Bələdiyyə Teatrının aktrisası, əməkdar artist Hüsniyyə Mürvətova məsələ ilə bağlı belə münasibət bildirir:

“ Əlbəttə ki, acınacaqlı haldır. Aktyorların əksəriyyətinin vəziyyəti ürəkaçan deyil. Adamlar maaş azlığından xəstələnməyə qorxur. Bizim ciddi xəstəliyimiz olarsa, deməli ölümümüzü gözləmək lazımdır.

Allah Ramiz müəllimə şəfa versin. Ümid edirəm ki, onun şəfa tapması üçün dövlət orqanlar köməklik edəcək”.

Aktyor Ramiz Əzizbəylinin həmkarı, Azərbaycan Akademik Milli Dram Teatrının aktyoru, əməkdar artist Fizuli Hüseynov isə diqqətsizliklə bağlı belə deyir:

“ Ramiz müəllim çox səmimi və canlara dəyən bir aktyordur. Çox-çox təəssüf edirəm ki, işimizdən qazandığımız hətta adi xəstəliyimizin müalicəsinə çatmır. Bu belə olub, və çox güman ki, belə də davam edəcək. Ramiz müəllimə hər cür kömək etmək lazımdır və edilməlidir. Allah rəhmini əsirgəməsin”.

Elvin Elxan

Oxumağa davam et
Reklam
Reklam

Gündəm