Türkiyədə “Bir səbət tənhalıq”a görün nələr verdilər?
Bizi izləyin

Tabloid.az

Türkiyədə “Bir səbət tənhalıq”a görün nələr verdilər?

Dövlət Gənc Tamaşaçılar Teatrı Türkiyə Cümhuriyyətinin Dənizli şəhərində keçirilən "Dənizli" 30-cu Beynəlxalq Teatr Festivalında iştirak edib.

Mayın 4-dən - 11-dək davam edən festivalın açılış mərasimində Dənizli şəhər bələdiyyəsinin sədri Osman Zolan çıxış edərək festivalın 30 il ərzində 10 min teatr aktyoru, 600 səhnə əsəri və 300 min tamaşaçıya ev sahibliyi etdiyini diqqətə çatdırıb.

Mayın 9-da Çatalçeşmə Oda Teatrında kollektiv dramaturq- aktyor Məcid Vahidzadənin eyniadlı əsəri əsasında hazırlanan “Bir səbət tənhalıq” tamaşası ilə çıxış edib. Maraqla qarşılanmış tamaşanın quruluşçu rejissoru Əməkdar Artist Nofəl Vəliyev, tərtibatçısı Zəminə Orucova, musiqi tərtibatçısı İradə Muradovadır. Fiziki qüsurlu gənc qız (Güşvər Şərifova) və bəxtsiz cavandan (Anar Seyfullayev) bəhs edən tamaşa festivalın mükafatına layiq görülüb.

Hər il Türkiyə, Rusiya Federasiyası və dünyanın bir sıra ölkələrinin teatrlarının qatıldığı festivalda bu il Türkiyənin ayrı-ayrı bölgələrinin kollektivləri və ölkəmizlə yanaşı İran, Tunis, Hollandiya teatrları öz tamaşaları ilə çıxış ediblər. Festivalda 18 teatr kollektivi ümumilikdə 29 tamaşa ilə çıxış edib.

Qeyd edək ki, festival Dənizli bələdiyyəsinin Mədəniyyət və Sosial işlər müdürlüyünün təşkilatçılığı ilə 1984-cü ildən etibarən hər il ənənəvi olaraq keçirilir. Ötən il P.Züskindin "Kontrabas" əsəri əsasında hazırlanmış eyniadlı tamaşa sözügedən festivalda iştirak edərək mükafata layiq görülüb.

Cəvahir Səlimqızı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm