Eldar: "Səni sevirəm, Konçita, heç nə vecimə deyil"
Bizi izləyin

Tabloid.az

Eldar: "Səni sevirəm, Konçita, heç nə vecimə deyil"

“Bu pisdir və ya yaxşıdır, buna biz qərar vermirik və yaxşı ki, biz qərar vermirik”.



“Eurovision-2011”in qalibi Eldar Qasımov bu il müsabiqədə birincilik qazanan Konçita Vrustu müdafiə edib.



İfaçı sosial şəbəkədə Konçitanı bəyəndiyini bildirib:



“Başqalarının sənin haqda dedikləri mənə maraqlıdırmı? Xeyr. Mən səni sevirəm, Konçita. Artıq bu mənasız söhbətlərdən bezdim. Sən o lənətə gəlmiş mikrofonu götürdün və “Eurovision” müsabiqəsini fəth etdin. Mənim vecimə deyil, nə deyirlər və nə deyəcəklər. Fakt odur ki, dünyanın yarısı onun ayaqları altındadır. Bu pisdir və ya yaxşıdır, buna biz qərar vermirik və yaxşı ki, biz qərar vermirik. Şadam ki, qaliblər sırasına qatıldın. Səni təbrik edirəm, əzizim”./Qafqazinfo

Oxumağa davam et
Reklam
Reklam

Gündəm