Beyonsla əri bank yardılar - FOTOLAR
Bizi izləyin

Tabloid.az

Beyonsla əri bank yardılar - FOTOLAR

Amerikalı müğənni Beyons və onun əri, məşhur reper Cey Zi "Run" adlı videotreyler hazırlayıblar.


32 yaşlı müğənninin beynəlxalq "On The Run Tour" konsert turunun reklamı münasibətilə hazırlanmış bu videotreylerdə Beyons Nouls və əri məşhur "Bonni və Klayd" obrazlarındadırlar.


Treylerdə Şon Penn, Don Çidl, Gilyermo Dias, Emmi Rossum, Ceyk Gillenhaal, Bleyk Lavli, Rəşidə ConsKidada Cons da çəkiliblər.


3 dəqiqəlik treylerdə Beyonsla Cey-Zi polislə bahəm, qanqsterlərdən də qaçaraq qurtulmağa çalışan iki cinayətkar obrazı yaradıblar.

"Roc Nation & Parkwood Entertainment" studiyasının məhsulu olan bu treyler "heç bir zaman göstərilməyəcək kinofilmin reklamı" kimi təqdim edilib.


Beyonsla Cey-Zinin konsert turu iyunun 25-də Mayamidə başlayacaq, sonra Los-Ancelesdə iki konsert olacaq. Bu konsertlərdə ən ucuz bilet 300 dollar, ən bahalı bilet isə 5 min dollardır.


"On The Run Tour" turnesi avqustun 6-da Kaliforniya ştatındakı San-Fransisko şəhərində başa çatacaq./milli.az



Oxumağa davam et
Reklam
Reklam

Gündəm