6 yaşında zorlanmış məşhur aktrisadan şok etiraflar
Bizi izləyin

Tabloid.az

6 yaşında zorlanmış məşhur aktrisadan şok etiraflar

90-cı illərin seks simvolu hesab olunan məşhur aktrisa Pamela Anderson Kann kinofestivalında şok etiraflar edib. Heyvanların hüquqlarının müdafiəsinə həsr olunmuş gecədə aktrisa qonaqlar qarşısında uşaqlığının ən ağır məqamlarını xatırlayıb.

Mikrofonu əlinə alan Anderson əvvəlcə 6 yaşında dayəsi tərəfindən təcavüzə, 12 yaşında isə 25 yaşlı oğlan tərəfindən zorlanmaya məruz qaldığını etiraf edib.

Bu azmış kimi 15 yaşında sevgilisinin təşkil etdiyi gecədə qrup şəklində zorlanıb. Anderson etiraf edib: “O, mənim 6 nəfər tərəfindən zorlanmağımı əyləncə kimi qarşılayırdı. Mən sadəcə yer üzündən silinmək istəyirdim.”

Anderson deyib ki, valideynləri tərəfindən müdafiə oluna bilmirdi, çünki atası əyyaş, anası isə iki işdə çalışırdı.

Nura

Oxumağa davam et
Reklam
Reklam

Gündəm