Rihanna pərəstişkarını lağa qoydu - FOTO
Bizi izləyin

Tabloid.az

Rihanna pərəstişkarını lağa qoydu - FOTO

Məşhur müğənni Rihanna pərəstişkarı 16 yaşlı Aleksis Karteri lağa qoyub. Rihannaya pərəstiş edən qız ulduzun geyimlərindən biri hazırlayaraq məzun gecəsinə geyinib.

Müğənni 2010-cu ildə Alexandre Vauthier moda evindən yaşıl kombinezon geyinib. Aleksis ulduzun kostyumunun surətini özü hazırlayıb, lakin bütün səylərə baxmayaraq, qız Rihanna tərəfdən lağa qoyulub. Rihanna Aleksisin şəkilini sosial şəbəkədə yerləşdirərək İnstagram-da daha yaxşı göründüyünü, lakin realda fərqli olduğunu yazıb.

Rihannanın Twitter-də yerləşdirdiyi yazıdan sonra müğənninin səhifəsini bir neçə pərəstişkarı tərk edib.

Aleksis deyib: “O, mənim çox xətrimə dəydi. Səndə olan əşyaların eynisinə nəyə görə gülməlisən? O, nəyə görə dediyi kimi bütün pərəstişkarlarını sevmir?”

Nura

Oxumağa davam et
Reklam
Reklam

Gündəm