Məşhur milyonçu Rəqsanəyə 25 min dollar verdi
Bizi izləyin

Tabloid.az

Məşhur milyonçu Rəqsanəyə 25 min dollar verdi

Müğənni Rəqsanə İsmayılova Sank-Peterburqda konsert vermək üçün azərbaycanlı oliqarx Vaqif Məmişova ağır şərt qoyub.

Müğənni Rəqsanə İsmayılova Sank-Peterburqda konsert vermək üçün azərbaycanlı oliqarx Vaqif Məmişova ağır şərt qoyub.

Bu barədə “Axar.az”a Peterburqdakı mənbədən məlumat daxil olub.

Mənbənin dedyinə görə, mayın 27-də, saat 18-də Peterbuqrun Buz Sarayı konsert salonunda keçiriləcək konsertə türk estradasının ulduzu Rafət El Roman, habelə Azərbaycan şou-biznesindən Rəqsanə, Elton, Zamiq, Günay İbrahimova və digər müğənnilər dəvət olunub.

V.Məmişov Rafər El Romana və digər müğənnilərlə qonorarla bağlı razılığa gəlib.

“Amma Rəqsanə ona veriləcək qonorardan imtina edib. Xarici müğənnilərə daha yüksək qonorar verilməsi məntiqsizliyini əsas gətirən Rəqsanə Məmişovdan 25 min dollar qonorar istəyib. Oliqarx isə 12 mində dayanıb. Bundan sonra Rəqsanə ultimativ şəkildə bildirib ki, onun adını afişalardan çıxarsınlar. Bundan sonra Vaqif Məmişov 2 saat vaxt istəyib. 2 saatdan sonra isə öz əmisioğlunu Rəqsanənin yanına göndərərək razılaşdığını çatdırıb”.

Xatırladaq ki, konsertin biletləri 40-480 dollar arası dəyişir.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm