• USD 1,7339 0,00% EUR 1,8516 0,00%
    • GBP 2,1859 0,00% RUB 0,0272 0,00%

Lalə Məmmədovanın həyat yoldaşı 18 günlük körpəsinin üzünə həsrət qalıb

Lalə Məmmədovanın həyat yoldaşı 18 günlük körpəsinin üzünə həsrət qalıb

Məmmədovanın həyatyoldaşı İlham bəy ikinci doğulan uşağının üzünü heç görməyib. Bu barədə Mövqe.az-a açıqlama verən İlham bəy qeyd edib:

"Ayrı qalırıq. Boşanmada qərarlıyam. Amma uşağın bir yaşı olmadığı üçün hələki boşanmamışıq. Elə münasibət yaranıb ki, heç uşağı görməmişəm. Artıq böyük uşaq da mənə qarşı kobuddur. Uşağı öyrədir ki, məndən qisas alsın. Təbii ki, mən də hər bir ata kimi uşaqlarımı görmək istəyərdim. Amma o, elə atmosfer yaradıb ki, artıq bütün körpülər yıxılıb. Heç onlarla görüşmürəm. Təzə doğulan qızım haqqında da heç nə bilmirəm, heç üzünü görməmişəm. Anadan olması barədə xəbəri də mətbuatdan aldım".

Lalə Məmmədova isə məsələ ilə bağlı Movqe.az-a belə açıqlama verib: "Mənim ilk övladım artıq məktəbə gedir. Hər şeyi başa düşür. Belə məsələ haqqında heç nə danışmaq istəmirəm. Hər kəsin ailəsi var. Onun dedikləri haqqında heç nə demirəm. Bu məsələnin yazılmasını da istəmirəm".

Qeyd edək ki, bu boşanmaya səbəb kimi Lalə Məmmədova həyat yoldaşı İlhamın ona xəyanətini səbəb kimi göstərmişdi: ”Qadın müdrikdir. Xəyanəti keçməyi də bacarar. Mən də bağışladım. Məhz övladımın xətrinə. Xəyanət edən kişi üçün əgər duz çörəyin əhəmiyyəti yoxdursa, bir dəfə onu bağışlamaqla heç nə düzəlməz. Buna əmin ola bilərsiniz ki, o dəfələrlə sizə xəyanət edəcək. Barmaqlarınızı dişləyin, ac-susuz qalın, amma o insana dönməyin”.

Xəbər lenti

DAHA ÇOX XƏBƏR