• USD 1,7339 0,00% EUR 1,8651 +1,90%
    • GBP 2,2098 +0,44% RUB 0,0271 +0,37%

Beyons ailə fotolarını paylaşdı

Beyons ailə fotolarını paylaşdı

Bir həftə bundan əvvəl Beyonsun bacısı Solanc Noulz müğəninin əri Cey Zi ilə liftdə az qala əlbəyaxa olacağı haqda xəbər verildi.

Tədbirlərin birində liftə daxil olan Beyons, bacısı Solanc və Cey Zi xoşagəlməz vəziyyətə düşmüşdü. Belə ki, Solanc naməlum səbəblərdən Cey Ziyə hücum çəkib, onu təpikləyib.

Beyons ictimaiyyətə artıq ailə durumunun qaydaya düşməsi haqqında bəyanat verib. Bununla yanaşı, ulduz istirahət günü çəkilmiş ailə fotosunu da sosial şəbəkədə paylaşıb. Foto Beyons, əri Cey Zi, bacısı Solanc və onun sevgilisi Alan Ferqüson və ulduzun anası restoranların birində nahar edərkən çəkilib.

Mehriban ailə fotoları ailə arası çəkişmənin bitdiyini ifadə edə bilər.

Nura

Xəbər lenti

DAHA ÇOX XƏBƏR