Məşhur müğənni Somaya 25 ton ərzaq göndərdi
Bizi izləyin

Tabloid.az

Məşhur müğənni Somaya 25 ton ərzaq göndərdi

Türkiyənin Soma bölgəsində kömür mədənində baş verən faciə zamanı vəfat edənlərin ailələrinə və zərərçəkən insanlara məşhurlar tərəfindən yardım aksiyası davam edir.



Məşhur müğənni Demet Akalın yardım əlini uzadan insanlar sırasındadır. İfaçı artıq bir neçə gündür ki, Somaya lazımı ləvazimatlar göndərir. Daha öncə həyat yoldaşı Okan Kurt ilə birlikdə faciədə yaralanan və həyatlarını itirənlərin yaxınları üçün bir TIR ərzaq və geyim göndərən Akalın bununla kifayətlənməyib.


Belə ki, sevilən ifaçı yeni dünyaya gələn qızı Hiranın heç istifadə etmədiyi geyimlərini, İnstagram vasitəsi ilə aldığı hədiyyələrini və 25 ton quru qidanı da Somaya göndərib.


Demet Akalın şəxsi Tvitter hesabında: "25 ton olduğu üçün paketlənməsi uzan zaman apardı. Bütün qəlbi təmiz insanların adından göndərdik. Allah dua edənlərdən də razı olsun, göndərilənlər Somaya çatıb artıq" - yazıb. O, İnstagram vasitəsi ilə aldığı 100 ayaqqabını da rayona göndərəcəyini vurğulayıb. /anspress

Oxumağa davam et
Reklam
Reklam

Gündəm