• USD 1,7369 0,00% EUR 1,8716 +0,49%
    • GBP 2,1974 -0,10% RUB 0,0274 +0,73%

“Azərbaycanfilm" Kann-da - FOTOLAR

“Azərbaycanfilm" Kann-da - FOTOLAR

Azərbaycan 67-ci Kann kinofestivalında üç filmlə təmsil olunur. Ölkəmiz ötən il olduğu kimi, bu il də festivalda öz pavilyonunu açıb. Azərbaycan pavilyonunda son illərdə lentə alınmış filmlərimiz, kinomuzun tarixini və bu gününü əks etdirən çap və reklam məhsulları nümayiş etdirilir.

Bu barədə 1937.az-a “Azərbaycanfilm" kinostudiyasının direktoru Müşfiq Hətəmov məlumat verib: “Akreditasiya olunanların sayı keçən illə müqayisədə xeyli çoxdur. Bu il Azərbaycanın 30 kino işçisi Kanna gəlib. Onların əksəriyyəti müstəqil şəkildə festivala qatılıb. Sevindirici haldır ki, “Azərbaycanfilm”lə yanaşı, bir sıra müstəqil kinoşirkətlərimiz də festivalda iştirak edir. “Ultra” və “Fil” prodakşn, “Butafilm”in nümayəndələri də Mədəniyyət və Turizm nazirliyinin hazırladığı pavilyonda bir sıra görüşlər keçirir, xarici şirkətlərlə əlaqə yaradırlar”.

Müşfiq Hətəmovun sözlərinə görə, ölkəmizdəki inkişaf böyük kino şirkətlərinin diqqətindən yayınmır. "Azərbaycanfilm”in nümayəndələri artıq 20-ə yaxın görüş keçirib, ispan, fransız və alman mütəxəssislərlə ilkin razılıq əldə olunub.

Almaniyada yaşayan azərbaycanlı rejissor Elmar İmanovun “Torn” bədii filmi mayın 22-də “Kroazet Teatr” adlı baxış salonunda nümayiş olunacaq. Filmin yaradıcı heyəti- rejissor Elmar İmanov, Engin Kunqan, aktyorlar Rasim Cəfər və Zülfiyyə Qurbanova da Fransadadır.

“Buta Films” şirkəti ilə “Azərbaycanfilm”in birgə istehsalı olan və əsas proqramda yarışacaq “Sonuncu” filmi isə mayın 23-də festival sarayında kinosevərlərin ixtiyarına veriləcək.

Xəbər lenti

DAHA ÇOX XƏBƏR