Tünzalə də Somaya yardım edəcək
Bizi izləyin

Tabloid.az

Tünzalə də Somaya yardım edəcək

Əməkdar artist Tünzalə Ağayeva da Türkiyədə mədən faciəsində zərər çəkmiş insanlara yardım edəcək. Amma bu yardımın hansı formada olacağı hələlik bəlli deyil.

Publika.az-ın məlumatına görə, hazırda Türkiyədə olan Tünzalə Ağayeva bu barədə qərarını Bakıya qayıdandan sonra verəcək. Qeyd edək ki, Soma faciəsi ilə əlaqədar Azərbaycan Qızıl Aypara Cəmiyyəti tərəfindən yardım kampaniyasına başlanıb. Xalq artisti Nisə Qasımova bir aylıq Prezident Təqaüdünü Azərbaycan Qızıl Aypara Cəmiyyətinin yardım fonduna bağışlayıb. Bunun ardından Əməkdar artist Cavanşir Məmmədov da bu kampaniyaya qoşulmaq qərarını açıqlayıb.

Cəvahir Səlimqızı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm