Lüt qızların çəkildiyi erotik klip qalmaqal yaratdı - Biabırçılıq /VİDEO
Bizi izləyin

Tabloid.az

Lüt qızların çəkildiyi erotik klip qalmaqal yaratdı - Biabırçılıq /VİDEO

Müğənni Rusonun Youtube-da yayımlanan və birmənalı qarşılanmayan “Ay gecə” erotik klipi hər baxımdan ajiotaja səbəb olub.

Publika.az-ın məlumatına görə, Əli Mirəliyev bu klipə görə, müğənnini ağ yuyub, qara sərib: “Gənc müğənni bu mahnının öhdəsindən gəlib. Amma klipi... lüt qızlar..., o da bizə lazım deyil. Axı biz avropalı deyilik, azərbaycanlıyıq. Mahnını qəbul etsəm də, bu cür klipi, biədəbçiliyi qətiyyən qəbul etmirəm! Ümumiyyətlə, Ruso həmin erotik klipi pozsun!!! Bizə elə klip lazım deyil! Klip gənclərə çox pis nümunədir”.

Ə.Mirəliyev Rusonu özbaşınalıqda günahlandırıb:“Bütün bunlar hamısı ondan irəli gəlir ki, bir qurum yoxdur ki, bunları tənzimləsinlər. Ona görə də belə müğənnilər nə istəyirlər oxuyurlar, mahnıların sözlərini, musiqisini təhrif edirlər və nəticə etbarı ilə də bu vəziyyətə gəlib çıxır”.

Qeyd edək ki, “Ay gecə” Azərbaycanın xalq yazıçısı İlyas Əfəndiyevin “Sən həmişə mənimləsən” pyesinin motivləri əsasında 1987-ci ildə çəkilən, eyniadlı filmin mahnısıdır. Mahnının bəstəkarı və ilk ifaçısı Qasım Xəlilovdur, sözləri isə xalq şairi Nəbi Xəzridir. (Mahnıının sözləri təhrif olunub və müəllif Həsən Ağayev qeyd olunub.)

Cəvahir Səlimqızı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm