Tünzalənin mahnısı “İtunes Store”da
Bizi izləyin

Tabloid.az

Tünzalənin mahnısı “İtunes Store”da

Əməkdar artist, bəstəkar Tünzalə Ağayeva dinləyicilərinə xoş xəbərini paylaşıb. Onun müəllifi olduğu, sözləri Mələk Xəlilə məxsus olan “Hər şey yaxşı olacaq” mahnısı dünyaca tanınmış musiqi mağazası “İTunes Store”da yerləşdirilib və mahının dinləmək istəyənlər arjinal versiyanı bu ünvandan yükləyə biləcəklər.

“Hər şey yaxşı olacaq” sinqlı Tünzalə xanımın bu yaxınlarda yenə də “İtunes Stor”da çıxaracağı yeni albomunun anonsudu. Uzun zamandı Tünzalə xanım albom çıxartmır. O, buna səbəb kimi müəllif hüqüqlarının lazımı şəkildə qorunmamasını səbəb gətirib.

"İTunes Store” dünyada minlərlə musiqiçinin güvəndiyi bir qurumdur. Mən də sonunda burda olmaq qərarını verdim. İnşallah sevənlərimin çoxdan gözlədiyi albomum burda yer alacaq " – deyən əməkdar artist yeni albomda artıq hit olmuş mahnılar və yeni bəstələrinin yer alacağını sözünə əlavə edib.

Zəminə

Oxumağa davam et
Reklam
Reklam

Gündəm