Prodüserlə müğənni gizli eşq yaşayırmış? - VİDEO
Bizi izləyin

Tabloid.az

Prodüserlə müğənni gizli eşq yaşayırmış? - VİDEO

Gənc müğənni Elvin Abbasov sözləri və musiqisi Tural Bakuviyə aid olan “Sən gedəndən” adlı mahnısına çəkdirdiyi klipini təqdim edib.

Publika.az-ın məlumatına görə, klipin ssenarisi qarşılıqlı sevgi hissləriylə alovlanan cütlüyün eşq hekayəsindən bəhs edir. Klipdə diqqətçəkən məqam hər ikisinin müğənni və prodüserin canlandırdıqları aşiq-məşuq obrazlarıdır. Cütlüyün klipdəki obrazları, üstəlik, onların həyatdakı səmimi münasibətləri tədbir zamanı jurnalistlərin diqqətini cəlb edib. Təqdimat zamanı verilən suallar da məhz bu mövzuya yönəlmişdi. Amma Elvin və Humay israrla bildirdilər ki, həyatda onlar sadəcə dostdurlar və bir-birilərinə dəstək olurlar.

Onu da qeyd edək ki, klip Humay Muxtarovanın Elvin Abbasova doğum günü hədiyyəsidir. Klipin rejissoru, operatoru, montaj və ssenari müəllifi Fuad Tofiqoğlu, işıq tərtibatçısı Novruz Novruzov, qrafika-dizayn müəllifi Əzəmət Səmədov , stilist İntizam Yusiflidir.

Cəvahir Səlimqızı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm