“Sevgilim” oxudu, sonra da.. - FOTOLAR
Bizi izləyin

Tabloid.az

“Sevgilim” oxudu, sonra da.. - FOTOLAR

Hazırda Azərbaycanda fəaliyyət göstərən, Türkiyənin tanınmış opera ifaçısı Oya Ergün ölməz sənətkar Rəşid Behbudovun ifa etdiyi “Sevgilim” mahnısına klip çəkdirir.

Publika.az-ın məlumata görə, “Sevgilim” mahnısının klip çəklişləri Azərbaycan Dövlət Filarmoniyasında baş tutub.

Oya Ergün klip haqqında fikirlərini belə ifadə edib: “Bildiyiniz kimi bu yaxınlarda mənim Azərbaycan Dövlət Filarmoniyasında lentə aldığım, ölməz sənətkar Rəşid Behbudovun mahnılardan ibarət yeni albomum işıq üzü gördü. Mənim üçün o albomda ifa etdiyim mahnıların hər biri çox əzizdir. Amma mən “Sevgilim”i seçərək ona klip çəkdirmək istədim. Çəklişlər elə Filarmoniyada oldu. Klipin çəklişləri 3 gün sürəcək. İlk gün maraqlı keçdi. Ən maraqlısı da açıq havada, günəşin altında rəqs etməyim oldu. İnşallah, bu yaxınlarda klip musiqisevərlərə təqdim olunacaq.

Düşünürəm ki, məmnun qalacaqlar. Mən albomda olduğu kimi klipin də keyfiyyətli çıxması üçün əlimdən gələni etdim. Filarmoniyanın rəhbərliyinə, başda Afət Mikayilov olmaqla bu möhtəşəm binanın qapılarını mənə açdıqları üçün öz təşəkkurlərimi bildirirəm. İnşallah bu yaxınlarda orda konsertim də olacaq”.

Qeyd edək ki, Oya Ergünün klipini gənc rejissor Fərhad Ali çəkib. Klip bu yaxınlarda tamaşaçılara təqdim olacaq.

Cəvahir Səlimqızı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm