İTV-dən çıxan Hüsniyyə: "Mənə vəzifə verilmədi...."
Bizi izləyin

Tabloid.az

İTV-dən çıxan Hüsniyyə: "Mənə vəzifə verilmədi...."

İTV-nin musiqili və əyləncəli verilişlər departamentinin əməkdaşı, həmçinin, “Evrovision-2014” mahnı yarışmasında iştirak edən Azərbaycan nümayəndə heyətinin rəhbəri Hüsniyyə Məhərrəmovanın televiziyadan uzaqlaşması barədə xəbər verilmişdi.

İşdən çıxması ilə bağlı açıqlamasında Hüsniyyə Məhərrəmova bildirdi ki, çoxdan bu qərarı vermişdi:

“Əvvəldən İTV-dən ayrılmaq fikrində idim. Başqa iş təklifi almışam. Məni heç kim çıxarmayıb işdən. Sadəcə olaraq üzərimə düşən məsuliyyəti yerinə yetirdim və ərizəmi yazıb işdən çıxdım".

İşdən çıxma səbəbinin “Evrovision-2014”dəki məğlubiyyətlə əlaqələndirilməsinə isə sabiq İTV əməkdaşı belə cavab verdi:

“Keçən il yüksək yer tutmuşduq və qələbə mənim uğurum idi. Bunun müqabilində mənə vəzifə verilmədi ki, məğlub olanda da məni buna görə işdən çıxarsınlar. İTV-dən çıxmağımın “Evrovision”la heç bir əlaqəsi yoxdur. Mən öz işimi düzgün görmüşəm, heç kim mənim işimdə qüsur tuta bilməz". /Aktual.az/

Oxumağa davam et
Reklam
Reklam

Gündəm