• USD 1,7339 0,00% EUR 1,8516 0,00%
    • GBP 2,1859 0,00% RUB 0,0272 0,00%

Azərbaycan İslam mədəni strategiyasının icrası üzrə Məşvərətçi Şuraya üzv seçilib

Azərbaycan İslam mədəni strategiyasının icrası üzrə Məşvərətçi Şuraya üzv seçilib
21-23 yanvar 2014-cü il tarixində 2013-cü ilin mədəniyyət paytaxtı seçilmiş Səudiyyə Ərəbistanının Mədinə şəhərində İSESKO-nun təşkilatçılığı ilə mədəniyyət nazirlərinin 8-ci İslam konfransı keçirilir.

Mədəniyyət və Turizm Nazirliyindən Publika.az-a verilən məlumata görə, konfransda ölkəmizi Azərbaycanın mədəniyyət və turizm naziri Əbülfəs Qarayevin rəhbərlik etdiyi nümayəndə heyəti təmsil edir.

Konfrans çərçivəsində "Dialoqun və sulhün inkişafı naminə İslam dünyasında mədəni hüquqların inkişafı" mövzusunda mədəniyyət nazirlərinin "dəyirmi masa"sı keçirilib, bundan əlavə, İslam Dünyasının Mədəniyyət Strategiyasının üzv ölkələr tərəfindən tədbiq edilməsinə dair ölkə nümayəndələri və baş direktorun hesabatı dinlənilib.

22 yanvar 2014-cü il tarixində konfransda Azərbaycan İslam mədəni strategiyasının icrası üzrə Məşvərətçi Şuraya üzv seçilib.

Xəbər lenti

DAHA ÇOX XƏBƏR