Bakıya “X adamlar” gələcək
Bizi izləyin

Tabloid.az

Bakıya “X adamlar” gələcək

22 mayda "Park Cinema" kinoteatrlar şəbəkəsində yerli kinomanlar “X adamlar: Gələcəyin keçmiş günləri” filminin dünya premyerasına yığışacaq.

Bu haqda "Park Cinema" kinoteatrlar şəbəkəsinin müdüri Namiq Quliyev xəbər verdi: “X adamlar: Gələcəyin keçmiş günləri” – Marvel Comics personajları haqqında yeddinci filmdir və rejissor Brayan Singerin çəkdiyi üçüncü filmdir. Ssenari 1981-ci ilin Kris Klermont və Con Birnin məşhur “Days of Future Past” komiksinə əsaslanır. N.Quliyev qeyd etdi ki, blokbaster eyni zamanda 3 filmin sikvelidir: “X adamlar: Sonuncu döyüş”, “Rosomaxa: Ölməz” və “X adamlar: Birinci Klass”.

Namiq Quliyevin sözlərinə görə, filmin süjetində indiki və gələcək zamanın mübarizəsi görünür. “Gələcəkdə- azadlıqdan məhrum olmuş mutantlar üçün düşərgə, İndiki zamanda isə Mistik başda olmaqla qəzəbli mutantların qardaşlığı ilə dayanmayan qarşıdurma, keçmişdə isə-mutantları təcrid edə biləcək keşikçılərin hökmranlığının qarşısını almaq imkanı. Üstəlik zamanda səyahət etmək bacarığı sayəsində gələcəkdə yaşayan Kitti Prayd indiki mutantlara onları nə gözlədiyindən xəbədarlıq edir. Lakin bu kifayət deyil, çünki gələcəkdən indiyə həmçinin pis qüvvələr də gəlib.” Namiq Quliyev əmindir ki, Cennifer Lourens və Hyu Cekmanın mükəmməl oyunu ilə kinomanları 140 dəqiqə maraqlı süjet gözləyir.

Zəminə

Oxumağa davam et
Reklam
Reklam

Gündəm