• USD 1,7430 0,00% EUR 1,8487 0,00%
    • GBP 2,1929 0,00% RUB 0,0275 0,00%

Fiziki qüsurlu insanlara bayram sevinci – FOTOLAR

Fiziki qüsurlu insanlara bayram sevinci – FOTOLAR

İyun ayının 6,7,8-i SA Organziation-nın təçkilatçılığı, Türkiyənin Azərbaycandakı Səfirliyi və Azərbaycan Türk İş Adamları Birliyininin dəstəyi ilə Türkiyənin dünyada məşhur rəqs qrupu Anadolu Ateşi "The Best of Anadolu Ateşi" adlı konsert proqramı ilə Heydər Əliyev Sarayında yenidən səhnə alacaq.

Publika.az-ın məlumatına görə, bununla əlaqədar olaraq SA Organization duyarlı bir addım ataraq fiziki qüsurlu insanları və bir neçə məktəbin əlaçı şagirdlərini konsertə dəvət etmək və onların cəmiyyətə necə yararlı vətəndaş olduqlarını göstərmək üçün ATİB akt zalında tədbir təşkil etdi. Tədbirin məqsədi gələcəyimiz olan şagirdləri dəyərləndirmək və onları gələcək uğurları üçün həvəsləndirmək idi. Fiziki qüsurlu insanlara isə onların da bu cəmiyyətin bir parçası olduğunu və onları cəmiyyətin hər yerində görmək istədiklərini çatdırmaq idi.

Tədbiri giriş sözü ilə SA Organization-nın rəhbəri Selahattin Atalay açdı. Zəhmət çəkib gəldikləri üçün hər kəsə təşəkkür etdi. Və bu xeyirli işdə onu daima dəstəkləyən Türkiyənin Azərbaycandakı səfirliyinə və Azərbaycan -Türk İş Adamları Birliyinə minnətdarlığını bildirdi. Daha sonra Azərbaycan Türk İş Adamları Birliyinin müdir müavini Mehmet Sami Acarözmen bu cür sosial layihələrin tez-tez düzənlənməsini arzuladığını və ATİB-in daima onların arxasında olduğunu bildirdi. Türkiyə Səfirliyinin Mədəniyyət və Tanıtım müşaviri Seyih Ahmed Arslan isə gənclərin gələcəyimiz olduğunu və fiziki qüsurlu insanların əslində hər kəs üçün bir örnək olduğunu nəzərə çatdırdı. O bildirdi ki, əslində biz onlara var olduqları üçün təşəkkür etməli və onlardan həyatla necə mübarizə aparıldığını öyrənməliyik.

Daha sonra "Duyğu" Sosial Reabilitasiya İctimai Birliyinin rəhbəri Təranə Musayeva bu xeyirli iş üçün hər kəsə təşəkkür etdi və bu cür insanların yanında olduqları üçün öz minnətdarlığını bildirdi. Şagirdlərdən bir neçəsi Azərbaycan - Türkiyə qardaşlığını anladan şeir söylədi, dəvətnamələr paylanıldı və xatirə şəkli çəkdirildi.

Cəvahir Səlimqızı

Xəbər lenti

DAHA ÇOX XƏBƏR