Röya, Rihanna, Britni Spirs, Selin Dion, Ledi Qaqa bir arada – FOTOLAR
Bizi izləyin

Tabloid.az

Röya, Rihanna, Britni Spirs, Selin Dion, Ledi Qaqa bir arada – FOTOLAR

Müğənni Röya Ayxanın adı dünyaca məşhur musiqi mükafatı “World Music Awards 2014”-ün namizədləri arasında yer alıb.

Publika.az-ın məlumatına görə, müğənni “Dünyanın ən yaxşı qadın sənətçisi” mükafatına namizəd göstərilib. İştirakçılar arasında Rihanna, Britni Spirs, Selin Dion, Ledi Qaqa və başqaları var.

Xatırladaq ki, məşhur müğənni-bəstəkar Eminin də “World Music Awards”da üç kateqoriya üzrə, “Ən yaxşı kişi müğənni”, “Dünyada ən yaxşı canlı ifa” və “Ən yaxşı sənətçi” namizədliyi irəli sürülüb. Emin mayın 27-də Monakoda keçiriləcək mükafatlandırılma mərasimində çıxış edəcək.

Qeyd edək ki, “World Music Awards” Monte Karloda 1989-cu ildən etibarən hər il keçirilən beynəlxalq musiqi mükafatıdır. Dünyanın 160-dan çox ölkəsini əhatə edən şou Avropa, Şimali və Cənubi Amerika, Asiya, Avstraliya və Yeni Zelandiyada yayımlanır. Qeyd edək ki, yarışmanın təmsilçılərinə öz ölkəsindən səs vermək qadağandır. Xaricdə yaşayan soydaşlarımız, yəqin, Röyanı tək qoymayacaq, onu qalib edəcək. Bu da həmin müsabiqədə iştirak edən məşhur xanımlar...

http://vote.worldmusicawards.com/selectnomination.asp?cat=4

Cəvahir Səlimqızı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm