Məşhur müğənninin əri hansı qızı qucaqladı?
Bizi izləyin

Tabloid.az

Məşhur müğənninin əri hansı qızı qucaqladı?

Müğənni Könül Kərimova efirdə Gülay Məmmədovanın həyat yoldaşı Kamillə olan sirrini açıb.

Publika.az-ın məlumatına görə ATV-nin efrində Könül Kərimova cütlüyün Türkiyədə istirahətdə olarkən qısqanclıq üstündə dalaşdıqlarını deyib: “Biz Gülaygillə birgə istirahətə getmişdik Bodruma. Bir də gördüm Gülayla Kamil dalaşır. Gülay elə əsəbiləşmişdi, qorxdum ki, bu saat nəsə olacaq. Heç Kamilin günahı da yox idi. O, diskotekada bir qızı qucaqlayıb rəqs eləmişdi.

Qız da çox çirkin idi. Gülay da qəzəblənmişdi. Onu yandırıb- tökən bu idi ki, barı, bir gözəl qızla oynayaydın. Kamil Gülaya görə çox narahatlıq keçirdi. Bilmirdi neyləsin ki, Gülay onu bağışlasın. Kaml də sözü elə fırlatdı ki, az qaldı Gülay səhvinə görə ondan üzr istəsin”.

Cəvahir Səlimqızı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm