Brilliant Dadaşova Türkiyədə 3D konsertə çəkilib
Bizi izləyin

Tabloid.az

Brilliant Dadaşova Türkiyədə 3D konsertə çəkilib

Xalq artisti Brilliant Dadaşova dünya şöhrətli balaban ustası Əlixan Səmədovla birgə Türkiyədə layihəyə imza atıb. Belə ki, sənətçilərimiz qardaş ölkənin Kültür Bakanlığı və Ferit Ginöl Kültür və Sanat mərkəzinin təşkilatçılığı ilə "Səs ver Gazientep" layihəsində iştirak ediblər.

Türkiyənin ünlü türkücüləri ilə bərabər azərbaycanlı müğənni də layihə üçün səsini yazdırıb, video çəkilişlərdə işirak edib. Müğənninin ifası türk musiqiçilərini o qədər məftun edib ki, Brilliant digər sənətçilərdən fərqli olaraq 1 yox, 3 musiqi ilə layihədə iştirak edib.

Bununla bağlı Publika. az-a açıqlama verən müğənni: "İlk mahnımı oxuyandan sonra hərkəs mənə hocam deyə müraciət edirdi. Onlar elə ilk musiqidən sonra "sizdən çox şey öyrənilir" deyə nazımı çəkməyə başladılar. Türk qardaşlarımızın sənətə bu səviyyədə qiyməti məni çox sevindirdi. Kaş Azərbaycanda da məni təkrarlayıb, məndən öyrənənlər bunu danmasa", - deyə söyləyib.

Brilliant xanım layihə çərçivəsində "Bahçalarda mor meni", "Lingo lingo şişeler" və "Helvacı helva" adlı antep türkülərini ifa edib. Qeyd edək ki, layihə ilk dəfə olaraq 3D formatında hazırlanıb və xalq artistinin çəkilişləri məşhur Zeugma mozaik muzeyində gerçəkləşib.

Zəminə

Oxumağa davam et
Reklam
Reklam

Gündəm