İlahə İbadova Gülay Zeynalova ilə niyə savaşır?
Bizi izləyin

Tabloid.az

İlahə İbadova Gülay Zeynalova ilə niyə savaşır?

İlahə İbadova Gülay Zeynalova ilə niyə savaşır?

İlahə İbadova Gülay Zeynalova ilə yayılan münaqişə mövzusundan danışdı

Xanəndələr İlahə İbadovanın Gülay Zeynalova ilə küsülü, hətta bir müddət əvvəl münaqişə yaşadıqları mövzusunda efirlərin birində sujet yayımlanıb. Bunun ardınca İlahə xanımın telefonları susmayıb.

Sənətçini tanıyanlar Gülayla onunu münaqişə yaşadıqlarına təəccüblənərək, müğənninin mövqeyini öyrənməyə çalışıblar. Çaşqınlığı aradan kötürən İlahı xanım açıqlama vermək qərarına gəlib:

“Əslində nə Gülay, nə də mən bir-birimiz haqqında xoşagəlməyən ifadə işlətməmişik. Bu günə qədər dost olmuşuq. Bundan sonra da belə olacaq. Konservatoriyada təhsil aldığımız illərdən bir-birimiz tanıyırıq. O zamandan bir neçə musiqiçi ilə dost qalmaqda davam edirik. Hər ikimiz ayrı-ayrı vaxtlarda özündən müştəbeh insanlar haqqında danışmaqla, ümumi fikir bildirmişik. Amma Gülayla mənim dostluğumuza nöqtə qoyduğumuz zənn edilib. Gülay da öz növbəsində efirdə mənimlə münasibətinin hər zaman normal olduğunu açıqlayıb. Hər ikimiz dostluğumuzun davam etdiyini bildirirk”.

Zəminə

Oxumağa davam et
Reklam
Reklam

Gündəm