Konçita Ərdoğana qarşı çıxdı - FOTOLAR
Bizi izləyin

Tabloid.az

Konçita Ərdoğana qarşı çıxdı - FOTOLAR

Türkiyənin baş naziri Rəcəb Tayyib Ərdoğan Almaniyaya səfəri zamanı tərəfdarları ilə görüşüb.

Türkiyənin baş naziri Rəcəb Tayyib Ərdoğan Almaniyaya səfəri zamanı tərəfdarları ilə görüşüb.

Ərdoğan göruşlər zamanı ona etiraz edənlərin şüarları ilə də qarşılaşmalı olub. Kölndə keçirilən Avropalı Türk Demokratları Birliyinin 10-cu il tədbirlərinə qatılan baş naziri etirazçılar Soma faciəsi, Gəzi hadisələri ilə bağlı etiraz şüarları ilə qarşılayıb.

Ərdoğanın səfəri zamanı həyata keçirilən təhlükəsizlik tədbirləri yuksək dərəcədə olsa da, narazılar nazirə təzyqi edə biliblər. Ərdoğana etiraz edənlər arasında "Eurovision 2014"ün qalibi Konçitanın oxşarı da olub. Türkiyə mətbuatı Konçitanın etiraz aksiyasında olduğunu əks etdirən fotolar yayımlanıb. KİV-lər "Eurovision 2014" qalibinin etirazçılar arasında olduğunu qeyd etsə də, həqiqi Konçita hazırda Londonda keçirəcəyi konsertə hazırlaşır. Bu barədə Konçita şəxsi "Twitter" hesabında yazıb. /Ans/

Oxumağa davam et
Reklam
Reklam

Gündəm