Vüsalə Əlizadə: “Övladımı bu çirkabınıza qatmayın, geniş dünyanızı başınıza dar edərəm”
Bizi izləyin

Tabloid.az

Vüsalə Əlizadə: “Övladımı bu çirkabınıza qatmayın, geniş dünyanızı başınıza dar edərəm”

Vüsalə Əlizadə: “Övladımı bu çirkabınıza qatmayın, geniş dünyanızı başınıza dar edərəm”

Daim diqqət mərkəzində qalmağı bacaran teleaparıcı Vüsalə Əlizadə savadsız jurnalistlərə ismarıc yollayıb.

Publika.Az xəbər verir ki, mediada rəfiqəsinin qardaşı qızını onun övladı kimi qələmə verib, xəbər yazan jurnalistlər haqqında sərt danışıb. Teleaparıcı bu məsələ ilə bağlı Publika.Az saytına özəl açıqlama verərək belə deyir:

“ Hansısa savadsız jurnalist, müxbir bu xəbəri yazmadan öncə şəklin altında yazılan şərhlərə fikir versəydi daha yaxşı olardı. Adı heç bir yerdə olmayan səviyyəsiz saytın reytinqini artırmaq üçün kiminsən adından, ailəsindən, uşağından istifadə etməyin.

Mən uşağımı reklam etmirəm, mənə aiddir, mənim varlığımdır. Öz ailəsindən, uşağından xəbəri olmayan bəzi ağzı göyçəklərin müzakirəsi mənə lazım deyil. Bu vaxta kimi susdum, əgər kimsə burnunu keçmiş həyatıma, ailə problemlərimə soxsa, onun o burnunu başına bəla edərəm.

Mən mübariz insanam, eyni zamanda tərbiyəmə, mədəniyyətimə sığınıb susmuşam, bəzi cılız, aciz adamcıqlar bundan istifadə etməsin. Övladımı bu çirkabınıza qatmayın, geniş dünyanızı başınıza dar edərəm.

Bir də o saytın adını belə çəkmək istəmirəm, sayəmdə əməlli-başlı gündəmə gəldi. Xatırladım ki, mən heç bir xəbərlə gündəmə gəlməmişəm, 13 ildir ki, özümü qane edəcək dərəcədə gündəmdəyəm.

Hər xəbərə narazılıq edirəm, necə narahatçılıq keçirirəm, diqqətlə yanaşıram. Çünki, mən tərbiyə görmüşəm, nə efir, nə də başqalar kimi gündəm xəstəsi olmamışam. Əgər bir xəbərim çıxacaqsa, bu səviyyəli və sözünü demiş bir mətbuat orqanı olmalıdır.

Bəsdir reytinq xətrinə iyrənc xəbərlərlə camaatın beynini bulandırdız. Şəkildə gördüyünüz uşaq isə mənim deyil. Rəfiqəm, vizajistim Vəfa İbrahimzadənin qardaşı qızı Dənizdir. Şəkli də mən paylaşmamışam, Vəfa xanım paylaşıb, şərhlərdə yazılıb. Onu tapıb oxuyun, utanın.

Bunu paylaşan saytlara da ayıb olsun, sevinirsiz ki, xəbər tapmısız. O saytın redaktoru varsa, ona deyirəm ki, məni biabır edib, utanc gətirəcək savadsız işçini mən bir gün belə yanımda saxlayıb, işimə xələl gətirməzdim. Yenə də məsləhət sizindir”.

Elvin Elxan

Oxumağa davam et
Reklam
Reklam

Gündəm