Ayan onu belə təbrik etdi
Bizi izləyin

Tabloid.az

Ayan onu belə təbrik etdi

Ayan onu belə təbrik etdi

Müğənni Ayan Babakişiyevanın sadiq dostlarından biri 106.3 FM-in dj-I Kazım Sübhandır.

Boş zamanalrında bir araya gələn məhşurların dost münasibəti uzun zamana söykənir. Bu gün doğum gününü qeyd edən Kazım Sübhan haqqında Ayan xanım ürək sözlərini dilə gətirib:

“Canım Kazım Sübhan, bilirsən səni necə çox istəyirəm. Sən mənim şou-biznesdə ən birinci dostlarımdan biri oldun.

O gündən bu günə belə də davam edir. Hər zaman var ol! Hərdən kaprizlərin də olur. Daha neyləyək? Dözürük” – yumorlu ifadə ilə sənətçi təbrik cümləsinə yekun vurub.

Qeyd edək ki, xalq artisti Aygün Kazımova, Ayan Babakişiyeva Kazım Sübhanın dostluq etdiyi xanım sənətçilərdəndir.

Zəminə

Oxumağa davam et
Reklam
Reklam

Gündəm