Castin Timberleyk Soma üçün oxudu – FOTOLAR
Bizi izləyin

Tabloid.az

Castin Timberleyk Soma üçün oxudu – FOTOLAR

Dünyaşöhrətli pop və R&B ifaçısı Castin Timberleyk Türkiyədə ilk solo konserti verib. İfaçı konsertində Soma faciəsinin qurbanlarını anıb.



Timberleykin konserti dünya turnesi çərçivəsində İstanbul şəhərində baş tutub. Konsert zamanı Castin Timberleyk şən mahnıları ilə yanaşı, həzin mahnı da ifa edib və bunu Soma mədənində baş verən faciənin qurbanlarının xatirəsinə həsr etdiyini deyib. Timberleykin bu hərəkəti türkiyəli pərəstişkarlarını sevindirib.



Konserti izləyənlər arasında Türkiyə şou-biznesinin xeyli məşhur nümayəndəsi də olub./Anspress








Oxumağa davam et
Reklam
Reklam

Gündəm