• USD 1,7369 +0,17% EUR 1,8625 -0,14%
    • GBP 2,1995 -0,47% RUB 0,0272 +0,37%

Azərbaycanlı kişi müğənnisi 35 min manatlıq sponsor axtarır

Azərbaycanlı kişi müğənnisi 35 min manatlıq sponsor axtarır

Niyam Salami sponsor axtarır. Müğənni konsert zallarının baha olmasından şikayətlənib.

MUZ TV-ə açıqlamasında müğənni belə deyir:

“Mənə dəstək olan sponsor istəyirəm. Zalların qiyməti bahadır. Mənə 35 min manata qədər qonorar lazımdır, ona görə də mənə düzgün sponsor lazımdır”.

Görünür, Salami tamaşaçılarını konsert sarıdan çox gözlədəcək. Bunun üçün sponsoru olmasa da, müğənni öz qazancı ilə mahnı təqdim etməyə davam edir. Niyam “İki damla yaş” adlı ifasına klip çəkdirəcək:

“ Rejissor iranlıdır. Adı Hüseyndir. Özü mənə klip çəkmək istədiyini dedi. Eldar Qasımovun da klipinin çəkilişini yox, montaj işini o edib”.

Elvin Elxan

Xəbər lenti

DAHA ÇOX XƏBƏR