Emin “World Music Awards”da mükafat aldı - Fotolar
Bizi izləyin

Tabloid.az

Emin “World Music Awards”da mükafat aldı - Fotolar

Dünən məşhur “World Music Awards”ın mükafatlandırma mərasimi keçirilib.


Axşam.az-ın Rusiya mətbuatına istinadən məlumatına görə, Monakoda baş tutan gecədə dünyanın məşhur ulduzları iştirak edib. Mərasimə qatılan Meray Keri, Beyons, Mayli Sayrus, Pamela Anderson və başqaları cazibədar libasları ilə diqqət çəkib. Bu il 56-cı dəfə keçirilən mərasimdə ulduzlar şouları ilə tamaşaçıları əyləndiriblər. Gecədə Rikki Martin, Ceyson Derulo sevilən mahnılarını səsləndirib.


Amerikalı popçu Mayli Sayrusun da mükafat aldığı mərasimdə həmyerlimiz, müğənni-bəstəkar Emin Ağalarov da iştirak edib. Mükafata layiq görülənlər sırasında adı hallanan Emin də mahnı oxuyub.


Qeyd edək ki, mükafata namizədlər siyahısında müğənni Röya Ayxan da vardı, amma sənətçi mərasimə qatılmayıb.




















































Səhifənin yuxarısına keçidYuxarı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm