Masallı beynəlxalq festivala hazırdır
Bizi izləyin

Tabloid.az

Masallı beynəlxalq festivala hazırdır

Masallı beynəlxalq festivala hazırdı

İyunun 12-dən 16-dək Masallıda ümummilli lider Heydər Əliyevin xatirəsinə həsr olunmuş III Beynəlxalq folklor festivalı keçiriləcək.

Son iki ildə rayonda folklor festivalının yüksək səviyyədə keçirilməsi və bu sənət yarışmasına qatılmaq istəyən ölkələrin sayının artması ilə onun miqyasının genişlənməsi, Masallının ən mötəbər tədbirlərə ev sahibliyi etmək bacarığını üzə çıxarıb.

Rayonda keçirilən festivallarda Azərbaycanla yanaşı, Türkiyə, Latviya, İran, Rusiya, Qazaxıstan, Gürcüstan, Ukrayna və Dağıstanın folklor kollektivləri iştirak edib.

Təşkilat komitəsindən Publika.az-a verilən məlumata görə, bu il festivalda 9 ölkənin 17 folklor qrupu -300 nəfərə yaxın qonaq iştirak edəcək. Bu festival təkcə xalqlar arasında mədəni əlaqələrin inkişafı baxımından yox, həm də ölkəmizin və o cümlədən Masallının turizm potensialının inkişaf etdirilməsi üçün də vacib amildi. Festivalın açılış mərasimi iyunun 13-də, bağlanış mərasimi isə 15-də keçiriləcək. Təşkilat komitəsindən bildiriblər ki, beynəlxalq festivala hazırlıq işləri yekunlaşmaq üzrədir.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm