Tabloid.az
Nadir kimin mesajını oxumaq istədi?
Bir neçə gün öncə Türkiyədən qayıdan müğənni Nadir Qafarzadə yeni mahnısını sevənlərinə təqdim edib.
“Publika.az-ın məlumatına görə, söz və musiqisi Fərid Kərimiyə məxsus “Göndər” adlı bəstəsini dinləyicilərinə təqdim edən ifaçı bu mahnıya ekran həyatı verəcək: “Xeyli müddət idi ki, ritmik versiyada olan bu mahnı üzərində işləyirdik. Nəhayət ki, bu günlərdə hazır oldu. Bu mahnının seviləcəyinə inanıram. Mahnını eşidənlər bəstə barədə xoş sözlər deyirlər. Sözləri də maraqlıdır. “Göndər mesajını oxuyum”. Gündəlik həyatımızda bu cür sözlərə çox rast gəlirik. Bu mahnıya klip çəkdirməyi də düşünürəm. Fərqli bir iş ərsəyə gələcəyinə inanıram”.
Bundan əlavə, müğənni Azərbaycanda ilk dəfə həyata keçirəcəyi konsertinin hazırlıqlarını davam etdirdiyini də deyib: “Hazırda konsert üçün nəzərdə tutulan mahnılar üzərində seçim edirəm. Mahnılar arasında seçim çox olduğuna görə, bəzi mahnılar var ki, onları ifa edə bilməyəcəm. Həm də həmin günü məhz həyat yoldaşıma həsr etdiyimə görə ona uyğun bəstələri oxuyacam. Düşünürəm ki, bu konsertim bir mesaj və örnək olacaq. Xanımlarına dəyər verməyən bəzi bəylər konsertimdən özlərinə bir dərs götürəcəklər”.
Qeyd edək ki, N.Qafarzadənin konserti iyulun 6-da “Yaşıl Teatr”da olacaq.
Cəvahir Səlimqızı
-
Region09:06
I Aram Ərdoğana cavab verdi: Unutmayın ki...
-
Nəqliyyat08:32
Bu yollarda tıxac var - SİYAHI
-
MDB08:17
Generalın və ailəsinin əmlaklarının üzərinə həbs qoyuldu
-
ABŞ08:05
Rusiya nüvə başlığı daşıya bilən peyk hazırlayır - ABŞ
-
Nida Xəbər 07:50
Peter Siyartonun Azərbaycana rəsmi səfəri başladı
-
Sağlamlıq07:10
Yabanı halda bitən bu bitki xərçəng hüceyrələrini 48 saatda məhv edir!
-
İdman06:40
Bellinqem bu gözəllə münasibətə başladı - FOTOLAR
-
Ekopublika.az06:10
Bakıda taksi qiymətləri BAHALAŞDI - SƏBƏB