Filmlərimiz Türkiyədə nümayiş olunacaq
Bizi izləyin

Tabloid.az

Filmlərimiz Türkiyədə nümayiş olunacaq

Yanvarın 24-dən fevralın 2-dək Türkiyənin İstanbul şəhərində Azərbaycan Film Festivalı keçiriləcək.

Festival Avropa Azərbaycan Cəmiyyətinin və Pera Muzeyinin birgə təşkilatçılığı ilə gerçəkləşəcək.

Mədəniyyət və Turizm Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, festivalda "Arşın mal alan", "Yarasa", "Buta", "Qala", "İlahi məxluq", "40-cı qapı", "Çovkan" və "Çölçü" kimi müxtəlif illərdə istehsal olunmuş Azərbaycan filmləri nümayiş olunacaq.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm