Sibel Can Şamaxıya otel təqdimatına gəlir
Bizi izləyin

Tabloid.az

Sibel Can Şamaxıya otel təqdimatına gəlir

Türkiyənin məşhur müğənnilərindən olan Sibel Can Şamaxıda təqdimatı nəzərdə tutulan otelin açılışında iştirak etmək üçün Azərbaycana gələcək

Türkiyənin məşhur müğənnilərindən olan Sibel Can Şamaxıda təqdimatı nəzərdə tutulan otelin açılışında iştirak etmək üçün Azərbaycana gələcək

Müğənni bu barədə sosial şəbəkədə status paylaşıb (ANS).

Qeyd edək ki, mayın 14-də Prezident İlham Əliyevin açılışını etdiyi “Şamaxi Palace Platinum By Rixos” beçulduzlu otelinin geniş təqdimat mərsiminin keçiriləcəyi və bu təqdimatı Türkiyədən də tanınmış müğənnilərin dəvət olunacağı barədə məlumat vardı. Otel administrasiyasından bildirilmişd ki, mayın sonlarına nəzərdə tutulan təqdimat mərasiminə Azərbaycan, o cümlədən, Türkiyədən tanınmış sənət adamlarının iştirakını təmin etmək üçün danışıqlar aparılır.

Təqdimatın mayın 30-da keçiriləcəyi və Sibel Candan başqa Dilək Şimşək və Röya Ayxanın da təqdimata qatılacağı da qeyd olunur.

Xatırladaq ki, altımərtəbəli, beşulduzlu bu otel 102 otaqdan ibarətdir. Otaqlardan 82-si “Delux”, 9-u “Suite”, 8-i “King-suite”, 3-ü isə “Presidential suite”dir. Burada 450 nəfərlik şadlıq sarayı, 2 restoran, 8 bar, 200 nəfərlik konfrans zalı, 30 nəfərlik toplantı otağı, anfiteatr, lüks gecə klubu, uşaq əyləncə guşəsi, “SPA” mərkəzi və s. var.

Adətən olduğu kimi, bu beşulduzlu otelin də təmtəraqlı təqdimatla tanıdılması və turist cəlb edilməsi nəzərdə tutulan təbliğat vasitəsi kimi gözlənilirdi.

Qeyd edək ki, otelin ərazidə fəaliyyət göstərən bir neçə otel və restoranlar şəbəkəsinə daxil olduğu da bildirilir. /Axar.az/

Oxumağa davam et
Reklam
Reklam

Gündəm