Ölməyən səs – Sara Qədimova – VİDEO
Bizi izləyin

Tabloid.az

Ölməyən səs – Sara Qədimova – VİDEO

Bu gün Azərbaycanın klassik musiqi ifaçılarından biri olan Sara Qədimovanın doğum günüdür.

Publika.az-ın xəbərinə görə, Qədimova Sara Bəbiş qızı 1922-ci ildə may ayının 31-də Bakı şəhərində anadan olub.

Sara xanımın müğənni kimi yetişməsində Hüseynqulu Sarabskinin, Seyid Şuşinskinin, Xan Şuşinskinin böyük təsiri var.

1941-ci ildən Azərbaycan Dövlət Filarmoniyasının solisti olmuşdur. O, həmçinin 19571962-cı illərdə Azərbaycan Dövlət Opera və Balet Teatrının solisti olmuş, Leyli və Əsli (Ü.Hacıbəyov “Leyli və Məcnun”, “Əsli və Kərəm”) partiyalarını ifa edib.


Sara Qədimovanın repertuarına bütün Azərbaycan muğamları (“Rast”, “Şur”, “Bayatı-Şiraz”, “Şahnaz”, “Qatar” və s.) Azərbaycan xalq və bəstəkar mahnıları, Şərq xalqlarının mahnıları daxil idi.


Sara Qədimovanın AzTR Fondunda çox sayda səsyazıları qorunub saxlanılır. Müğənni dünyanın bir sıra ölkələrində (İran, İraq, Almaniya, Macarıstan, Efiopiya, İndoneziya, Tunis və s.) qastrol səfərlərində olub.

12 may 2005-ci ildə Bakı Şəhərində vəfat etmişdi.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm