Müğənni xəyanətə görə neylədi? – Video
Bizi izləyin

Tabloid.az

Müğənni xəyanətə görə neylədi? – Video

Müğənni xəyanətə görə görün neylədi–Video

Gənc rokçu Ümmanın sonuncu hiti "Zərrə-zərrə"yə çəkdirdiyi klip artıq hazırdır.

Publika.az-ın məlumatına görə, müğənninin sayca 4-cü olan klipinin rejissoru Rəhman Əliyev, operatoru Deleedir. Klip Bakıda açıq havada çəkilib. Müğənni klipdə 4 geyimdə görüntülənib. Ekranlaşdırılan mahnının mövzusu xəyanətdən bəhs edir. Sözləri Sahibə Rəşidə, musiqisi Valeh Əhmədə aiddir. Qeyd edək ki, klipin anonsu öncədən paytaxtda yerləşən bir neçə böyük monitorda yayımlanırdı.

Ümman hazırda daha 3 mahnı üzərində çalışır. "Ovutma məni", "Apar məni" və "Divanə" adlanan mahnıların da musiqisi Valeh Əhmədə aiddir və bu ilin sonunadək dinləyicilərin ixtiyarına veriləcək. Bundan başqa, Ümman xalq artisti Samir Cəfərovla duet ifa edəcək. Əməkdar artist Ədalət Şükürova aid bəstə duet şəklində sentyabr ayında dinləyicilərə təqdim olunacaq.

Həyata keçiriləcək layihələrin rəhbəri jurnalist-bəstəkar Azər Nəsibovdur. Nəzərinizə çatdıraq ki, Ümman eləcə də Azər Nəsibovun müəllifi olduğu yeni mahnını ifa edəcək.

"Zərrə-zərrə" mahnısına çəkilən klipi diqqətinizə çatdırırıq.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm