Seksi müğənni oğurluq etdi – VİDEO - FOTO
Bizi izləyin

Tabloid.az

Seksi müğənni oğurluq etdi – VİDEO - FOTO

Polad oğurluq etdi – VİDEO- FOTO

Türkiyənin məşhur müğənnisi Ebru Polad azərbaycanlı həmkarına təklif olunan maraqlı ideyanı oğurlayıb.

Publika.az-ın məlumatına görə, bu barədə layihənin hazırlanmasında yaxından iştirak edən, amma adının açıqlanmasını istəməyən məşhur Türkiyə vətəndaşı məlumat verib.

O bildirib ki, söhbət Türkiyənin klassik mahnılarından olan “Çilli bom”dan gedir. Belə ki, mahnı Ebru Polad üçün deyil, məhz azərbaycanlı müğənni Sabrina üçün yeni aranjemanda hazırlanıb və mahnıya klip çəkilib:

“Əvvəl Sabrina ilə görüş oldu və türk sənətçiləri onun ifasını bəyəndilər. Daha sonra Türkiyənin məşhur prodüserlərindən biri Sabrinaya “Çilli bom” mahnısını yeni aranjemanda hazırlayıb ifa etməyi və xüsusi görkəmdə müğənninin iştirakıyla mahnıya klip çəkilməsi təklif olundu. Təklifi müğənni qəbul etdi və işə başlandı. Müqavilə də imzalandı. 40 ilin mahnısı olan “Çilli Bom”un sözlərində də dəyişilik edilərək, “Çilli bom” “Boom, boom” adlandırıldı. Mahnının sözlərinin müəllifi Ülkü Akerdir. Bu hadisə 2013-cü ildə olub”.

E.Poladın bu ideyanın necə oğurlamasından danışan həmin şəxs qeyd edib ki, müğənni ilə prodüserin səmimi münasibətləri bu ideyanın oğurlanmasıyla nəticələnib. Müğənni oğurladığı ideyanı bu il təqdim edib:

“Ebru Polad ideyanı tamamilə mənimsəyib və Sabrina ilə necə danışılmışdısa, o cür də həyata keçirib. Müğənni oğurluq layihəsiylə bağlı müsahibələrində söyləyib ki, Türkiyənin “Yeşilçam” kinostudiyasının mahir aktrisası olan Adilə Naşidin illər əvvəl “Hababam sinifi” filmində ifa etdiyi “Çilli bom” mahnısını yenidən hazırlayıb və mahnını aktrisanın xatirəsinə həsr edib.

E.Polad mahnını İstanbulda verdiyi konsert proqramında səsləndirib. Üstəlik, mahnını yeni albomuna daxil edib”.

Cəvahir Səlimqızı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm