Baba Vəziroğlu: “Gözəl şeirə hər zaman ehtiyac var” – FOTOLAR
Bizi izləyin

Tabloid.az

Baba Vəziroğlu: “Gözəl şeirə hər zaman ehtiyac var” – FOTOLAR

Baba Vəziroğlu: “Gözəl şeriyyətə hər zaman ehtiyac var”– FOTOLAR

“Kaş ki şou-biznes tədbirlərindənsə, belə tədbirlərə yığışaq. Çünki gözəl şeriyyətə hər zaman ehtiyac var”.

Publika.az-ın məlumatına görə, bu sözləri tanınmış şair Baba Vəziroğlu gənc şair Tamerlan Elmanoğlunun yeni kitabının təqdimat mərasimində söyləyib.

“Dünya var olandan, sanki mən varam” adlı topluda sevgi, vətənpərvərlik mövzusunda şeirlər yer alıb. Tədbirin aparıcısı Sədaqət Rəşidqızı şairin yaradıcılığı barədə danışdı.

Təqdimat mərasmində iştirak edən Şeyx Əbdül Mahmudbəyli, Baba Vəziroğlu, müğənni Ruhəngiz Allahverdiyeva, Hüsniyyə Mürvətova, Sədaqət Rəşidqızı səbəbkarın şeirlərinin tez bir zamanda musiqiyə çevrilməsini arzuladılar.

Şair də öz növbəsində bəstəkarlara müraciət edəcəyini bildirdi. Aktrisa Hüsniyyə Mürvətovanın söylədiyi şeirlər tədbirə xüsusi ovqat bəxş etdi.

Cəvahir Səlimqızı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm