“Kişi və qadın” Qazaxa aparıldı
Bizi izləyin

Tabloid.az

“Kişi və qadın” Qazaxa aparıldı

“Kişi və qadın” Qazaxa aparıldı

Qazax Dövlət Dram Teatrında Əli Əmirlinin “Kişi və qadın” komediyasının məşqlərinə start verilib.

Publika.azn məlumatına görə, dramaturgiyanın əbədi mövzularından olan kişi və qadın münasibətlərindən bəhs edən lirik komediyanın quruluşçu rejissoru Xalq artisti Zülfüqar Abbasov, rəssamı Səyyad Məmmədovdur.

Əsas rollarda teatrın aparıcı aktyorlarından Hacı Hacıyev, Xanım Məmmədova, Zəmanə Orucova və Nazilə Məmmədova məşğuldurlar.

Baş rollardan birini teatrın direktoru Saqif İskəndərov ifa edir. İlk tamaşa cari teatr mövsümünün sonuna nəzərdə tutulur.

Cəvahir Səlimqızı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm