EMİN: “İkinci plana düşmək istəmirəm” - FOTO
Bizi izləyin

Tabloid.az

EMİN: “İkinci plana düşmək istəmirəm” - FOTO

EMİN: “İkinci plana düşmək istəmirəm”

Bu gün bəstəkar-müğənni Emin Ağalarov media mənsublarını başına yığaraq mətbuat konfransı keçirib.

Publika.az-ınməlumatına görə, jurnalistlərin suallarını cavablandıran sənətçi söhbət əsnasında övladlarından da danışıb. Azərbaycanda övladları ilə vaxt keçirməyə vaxt tapdığını vurğulayıb: “Övladlarımla vaxt keçirməyi sevirəm. Azərbaycana gələndə iki gün vaxtım olur. O vaxt ərzində də övladlarımla istirahət edirəm".

Bundan əlavə olaraq, kliplərində oğlanlarının nə vaxtsa rol alacağı barədə bəhs edən ifaçı bunları bildirib: "Övladlarımı klipimə çəksəm, özüm artıq ikinci plana keçəcəm. Bilirəm ki, onlar sizi daha çox maraqlandırır. Ona görə də ikinci plana düşmək istəmirəm”,- deyərək zarafatyana sözlərini deyib.

World Music Awards” tərəfindən Azərbaycanın “ən yaxşı ifaçısı” mükafatına layiq görülən müğənni Emin Ağalarov təəssüratlarını azərbaycanlı jurnalistlərlə bölüşüb:

“Mən öz doğma vətənimdə belə bir nüfuzlu mükafatı alan ilk müğənni olmaqdan və dünyanın hər yerindən gələn, həmçinin mükafatlara layiq görülən dahi artistlərin qatıldığı şounun bir hissəsi olmaqdan çox şadam. Düşünəndə ki, Maykl Cekson, Uitni Hyuston və digər əfsanəvi müğənnilər də bu mükafatı alıblar, bu, məndə qürur hissi yaradır. Mən bu mükafatı, sayəsində müğəni olduğum Müslüm Maqomayevə həsr edirəm”.

Jurnalistlərin suallarını cavablandıran EMİN "Eurovison"da iştirak etmək fikrinin və istəyinin olmadığını, onu daha çox gözəllik müsabiqələrinin maraqlandırdığını deyib.

Cəvahir Səlimqızı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm